Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu qeyri-adi hadisə barədə tanınmış jurnalist Romen Molina özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, 2027-ci il Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində martın 31-də baş tutan bu cavab qarşılaşması Eritreya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, Eritreya millisi 2019-cu ilin dekabr ayından bəri yoldaşlıq görüşləri də daxil olmaqla heç bir rəsmi matçda iştirak etməyib və məhz bu səbəbdən Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinq siyahısından kənarlaşdırılıb.