İnternet səhifələrində Azərbaycan əsilli rusiyalı biznesmen, “Krokus” kompaniyasının rəhbəri Araz Ağalarovun Türkiyənin “Fenerbahçe” klubuna sponsorluq edəcəyi haqda məlumatlar yayılıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, iş adamı bu informasiyanı təkzib edib.
- Araz İsgəndər oğlu, Türkiyə futbol klubu “Fenerbahçe”ni alacağınız barədə məlumat yayılıb. Bu, düzdürmü?
- Xeyr, bu, həqiqət deyil. Hətta bu mövzuda düşünməmişəm və belə bir alış etməyə hazırlaşmırdım
- Onda belə bir məlumatın haradan peyda olmasını deyə bilərsiniz?
- Şərh etməyə çətinlik çəkirəm.
- Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov xarici futbol klublarını almaq iqtidarındadır?
- Düşünürəm ki, nəyi almaq lazımdırsa, bu da özümüzün Rusiya klublarıdır.
- Bəs bunu etməyə hazırlaşırsınız?
- Birincisi mən iki komandanın sponsoruyam. Futbol klubu “Dinamo” və otüstü xokkey komandası Krasnoqorsk “Zorki”nin. Bu yükü çətinliklə çəkirəm və bu sahədə nə isə almağı planlaşdırmıram.