Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi.
Oxu.Az-ın məlumatına görə, bunu Antalyada keçirilən yoxlama oyununda Azərbaycan millisi ilə qolsuz bərabərdə qalan Moldova yığmasının baş məşqçisi Aleksandr Spiridon oyunsonrası mətbuat konfransında deyib.
“Bizim də qol epizodlarımız oldu. Qələbə də qazana bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi. Bizi Lüksemburq, Belarus və San Marino yığması ilə çətin oyun gözləyir. Sizin isə Kosovo millisi ilə matçlarda işiniz asan olmayacaq. Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddirlər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir”, deyə baş məşqçi əlavə edib.
A.M.
www.oxu.az