Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aleksandr Tarakanov: “Dünya çempionatında qızıl medal qazanmaq xüsusi önəm kəsb edir”
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatından gözləntilərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis jurnalistlərə açıqlamasında ötənilki mundialdan daha yaxşı nəticə gözlədiklərini bildirib:
“Həm evdə, həm də ölkə xaricində ağır təlim-məşq toplanışları keçdik. Dünya çempionatına hazırlaşmaqda bizə hər cür şərait yaradan Azərbaycan Güləş Federasiyasının prezidentinə təşəkkürümü bildirirəm. Dünya çempionatından mümkün qədər çox olimpiya lisenziyası ilə qayıtmaq istəyirik. Bu yarışdan sonra daha çox lisenziyalı turnirlər olacaq. Uşaqlar mundiala yaxşı kökləniblər. Qızıl medal qazanmaq xüsusi önəm kəsb edir. Uşaqlar özlərinə və bizə inanırlar ki, biz düzgün yoldayıq. Ötənilki dünya çempionatının nəticəsini yaxşılaşdırmaq istəyirik”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 yunan-Roma güləşçisi ilə qatılacaq.
Faiq Tahirov
"Güləş" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin sabiq güləşçisi dördillik diskvalifikasiya olunub
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Güləşçimiz qızıl medal qazandı
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Erməni güləşçi türkiyəli rəqibini təxribata çəkdi: Döşəkdə dava düşdü
Rəylər