“Lokomotiv”in serbiyalı voleybolçusu Aleksandra Çrençeviç özünü Bakı klubunda necə hiss etdiyindən, Superliqanın səviyyəsindən danışıb və azərbaycanlılarla serbləri müqayisə edib.
Oxu.Az voleybolçunun klubun saytında dərc edilmiş sözlərindən stat gətirir:
“Mən “Lokomotiv”də çox xoşbəxtəm və hər şeydən çox razıyam. Azərbaycan Superliqası çox güclüdür, burada yüksək səviyyəli voleybolçular oynayır. “Lokomotiv” mövsümə uğurla başlayıb və biz indi klubun tarixini yazmağa çalışırıq.
Azərbaycanı daha yaxından tanıdıqca, Azərbaycan və serb xalqlarının nə qədər oxşar olduğunu anlayıram. Azərbaycanlıların mentaliteti mənə balkanların mentalitetini xatırladır. Bizim çox oxşar cəhətlərimiz var. Bu, mənim çox xoşuma gəlir. Biz bir-birimizi çox asan başa düşürük”.
F.H.
www.oxu.az