“AzFar Group”un təşkilatçılığı ilə keçirilən mini futbol üzrə Alfa Liqasında qrup mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, son turdan sonra növbəti mərhələyə aşağıdakı komandalar vəsiqə qazanıb:
Beləliklə, İOSC, “Rezident”, “Turin”, “İce”, KATV1, “Zirə”, “Galaxy”, “Uğur”, “Sirena Motors”, “Bayern Bakı”, “Peçat Dönər”, “Timsport”, STP və “Borçalı” komandaları 1/8 finala vəsiqəni təmin edib.
Daha hansı iki komandanın 1/8 finalda mübarizə aparacağı təşkilatçılar tərəfindən verilən qərardan sonra bilinəcək.
Beləliklə, 1/8 final cütlükləri bunlardır:
İOSC – “İce”
“Turin” – “Rezident”
??? – “Zirə”
KATV1 – ???
“Galaxy” – “Bayern Bakı”
“Sirena Motors” – “Uğur”
“Peçat Dönər” – “Borçalı”
STP – “Timsport”
Qeyd edək ki, çempionatın bombardiri İOSC komandasından Emin Əliyevdir. O, yeddi qol vurub. Onu altı qolla “Sirena Motors”dan Əlsalam Həmidov izləyir.
Səbuhi TOFİQOĞLU
www.oxu.az