Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiqer Millətlər Liqası çərçivəsində keçirilən Fransa ilə oyunda rəqib futbolçu Benjamen Pavarın boynunu tapdalayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntüləri “ESPN FC” “Twitter” hesabında yayımlayıb.
OUCH.
— ESPN FC (@ESPNFC) 6 September 2018
Benjamin Pavard has some battle scars after Antonio Rudiger accidentally stood on his neck... pic.twitter.com/nLN0tGqJ70
Hadisə qarşılaşmanın üçüncü dəqiqəsində baş verib. Mübarizə zamanı Pavar qazona yıxılıb və alman müdafiəçi təsadüfən onu tapdalayıb. Bu zaman fransız boynundan xəsarət alıb. Rüdiqerin butslarının dişləri Pavarın boynunu cızıb. O, həkimlərin yardımından sonra meydana qayıdıb.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.