Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Nigar Bahadırqızı həyat yoldaşı Ersal Aktarla “Fox” TV-də yayımlanan “Yaparsın aşkım” adlı yarışma proqramına qonaq olaraq qatılıb.
Oxu.Az xəbər verir ki, həyat yoldaşı ilə tanışlıq hekayəsini danışan Nigar bildirib ki, onların evlənməsinə səbəb sosial şəbəkə olub.
“Mesaj gəldi. Baxdım ki, sən demə, iki ildir mənə mesaj yazırmış. Dostluq siyahımda da var imiş. Gördüm ki, mənə evlilik təklif edib. Onun yazdıqlarını səsli oxuyurdum deyə, anam da eşitdi. Mənə dedi ki, oğlana de, gəlsin. Mən də gələcəyini düşünmədim, ona görə də anam dediyini ona çatdırdım.
İki gün sonra bir zəng gəldi. Baxdım ki, Ersaldır. Nömrəmi dostlarımdan alıb. Mənə söylədi ki, hava limanındayam, şəhəri tanımıram. Onu qarşılamağa getdim. Qapılar açılanda gördüm ki, çirkindir, amma xarizması var. Sonra anamla görüşdü. Anam hamını bəyənən adam deyil, amma Ersalı bəyəndi. Çaya qənd atıb məni ona verdi”.
Qeyd edək ki, avtomobil uğrunda yarışmaya qatılan cütlük maşını qazanıb, Azərbaycana gəlmək istədiyini bildirib.
Pərviz Hüseyn
www.oxu.az