Almaniya Bundesliqasının bu gün bərpa olunan matçlarından Rur derbisi olan “Borusiya” (Dortmund) – “Şalke” oyununun sonluğu “İdman TV”nin şərhçisi İsmayıl Abdullayev tərəfindən özünəməxsus şəkildə sonlandırılıb.
Oxu.Az-ın xəbərinə görə, oyunun gedişatında “utan, ay koronavirus, gör, sən bizi nə günlərə salmısan” deyən tanınmış şərhçi yekun nitqini meyxana ilə tamamlayıb:
“Derbinin adı – Rur,
Qurtardı, getdi
Qol oldu – vurhavur,
Qurtardı, getdi”.
Qeyd edək ki, azarkeşsiz keçirilən Rur derbisində Dortmund klubu əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Səbuhi Musayev