Futbol üzrə Almaniya Kubokunun yarımfinal matçı baş tutub.
“Bayer” (Leverkuzen) və “Fortuna” (Düsseldorf) komandalarının qarşılaşması birincilərin böyükhesablı qələbəsilə yekunlaşıb - 4:0.
Bu nəticə Xabi Alonsonun yetirmələrini finala çıxarıb. Finalda “Bayer”in rəqibi yarımfinalda “Saarbrüken”i məğlub edən (2:0) “Kayzerslautern” olacaq. Görüş mayın 25-də Berlində baş tutacaq.