İcarə əsasında İtaliyanın “Fiorentina” klubundan Türkiyənin “Beşiktaş” klubuna transfer olunan Almaniya doğumlu, Qana əsilli Kevin-Prins Boatenqin İbrahim Tatlısəsin mahnısını oxuyub.
“Hürriyet” portalı xəbər verir ki, İstanbulda yerləşən restoranların birində dostu ilə şam yeməyindən çıxan futbolçu avtomobilində İbrahim Tatlısəsin “Birtanem” musiqisini zümzümə edib.
Qeyd edək ki, hələ 2016-cı ildə Kevin-Prins Boatenq İbrahim Tatlısəsin bu mahnısını oxumaqla onun fanatı olduğunu göstərib.