Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniyalı legioner Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub
Coy-Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Oxu.Az PFL-in (Peşəkar Futbol Liqası) mətbuat xidmətinə istinadla xəbər verir ki, "Sabah"ın hücumçusunun yubiley qolu Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib.
30 yaşlı almaniyalı forvard "Neftçi" ilə səfər görüşündə (2:0) fərqlənib. "Sabah"ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O bu göstəriciyə 64-cü oyununda çatıb.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.
Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də "Qəbələ" ilə səfər matçında (3:1) fərqlənib.
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" millinin üzvünü əvəzedici komandaya göndərib?
- Misli Premyer Liqasının XXII turunu izləyən azarkeşlərin ümumi sayı bəlli olub
- Azərbaycan millisinin ukraynaəsilli yarımmüdafiəçisi "Sabah"ın əvəzedici komandasına göndərilib
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Misli Premyer Liqasında qış transfer pəncərəsi bağlandı