Türkiyə yığmasının və "Mançester Yunayted"in çərçivə qoruyucusu Altay Bayındır karyerasında yeni səhifə açır.
Oxu.Az xəbər verir ki, təcrübəli qapıçı İspaniyanın "Selta" klubu ilə razılığa gəlib.
28 yaşlı qolkiper La Liqa təmsilçisinin heyətində icarə əsasında forma geyinəcək. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, icarə müddəti 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Altay Bayındır 2023-cü ildən etibarən "Mançester Yunayted"in şərəfini qoruyur.

Qaynar xətt:
(055) 224 12 12