Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AMADA rəsmisi: "Antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik"
"Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə deyib.
AMADA rəsmisi Bakıda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın önəmli tədbir olduğunu bildirib:
"Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Hazırda siyasətçiləri, elmi işçiləri, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələrini bir araya yığmışıq. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu iki il ərzində fəaliyyətimizi uğurla yerinə yetirmək istəyirik. 2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik. Yekun rəqəmləri 2025-ci ilin yanvarında açıqlayacağıq".
Anar Həsənov
Rəylər