Azərbaycanlı boksçu Daniel Holostenko antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, idmançı məkan məlumatları ilə bağlı antidopinq qaydalarını pozub. Bu səbəbdən Daniel Holostenkoya 24 aylıq sanksiya tətbiq olunub.
Cəza 2026-cı il avqustun 31-dən qüvvəyə minib və 2028-ci il avqustun 31-də başa çatacaq.
Qaynar xətt:
(055) 224 12 12