Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədov Federasiyanın inzibati binası və Qolf Akademiyasının açılış mərasimində nitqlə çıxış edib.
“Bu gün Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyası açılır, - Oxu.Az Sport.1news.az-a istinadən Anar Məmmədovun sözlərindən sitat gətirir. – Burada qolfla məşğul olmaq üçün hər bir şərait yaradılıb. Bu, qolf üçün ikinci kompleksdir. Məlum olduğu kimi bir neçə gün əvvəl Qubada regionda ən böyük olan Qolf oyunu üçün meydança açıldı. Həmin mərasimdə cənab prezident İlham Əliyev də iştirak etmişdi. Bu gün isə biz Qolf Akademiyasının açılışında iştirak edirik. Ümid edirəm ki, gördüyümüz işlər qolfu ölkəmizdə daha da populyar etməyə və perspektivli idmançılar yetişdirməyə kömək edəcək.
Məqsədimiz 2016-cı il Olimpiadasında iştirak etməkdir. Bu uğura nail olmaq üçün çalışmaq lazımdır”.