Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Anar Quliyev federasiya prezidenti oldu
Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün nazirliyin inzibati binasında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edib. O, təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.
Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək, göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
"İdman" teqi üzrə xəbərlər
- İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir
- Qarının irəli çıxmasının gözlənilməz səbəbi açıqlandı - Mütəxəssisdən tövsiyələr
- Pəhrizlər arıqlamağa kömək etmir? - Fitnes-məşqçi səbəblərdən danışdı
- Nazim Sadıqov UFC-də növbəti döyüşünə çıxır - Nərimanı məğlub edən braziliyalıya qarşı
- Azərbaycan millisindən Avropa çempionatında növbəti MƏĞLUBİYYƏT