Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Leyla Bərxudarzadə: "Yeni xidmət portalı yaradılacaq"
"Yeni xidmət portalı yaradılacaq".
Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesə daxilolma" və "Vergitutma" indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritələrinin təqdimat mərasimində deyib.
O, xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi və xarici mənşəli sənədlərin autentifikasiyası üzrə tədbirlərin icrası sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edib ki, xarici mənşəli sənədlərin tərcümə xidmətlərinin vahid mühitdə təşkili məqsədilə xidmət portalı yaradılacaq.
Nəzrin Vahid
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- "Veysəloğlu" Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu