Keçmişdə məşhur tennisçi, indi isə Rusiya yığmasının kapitanı olan Anastasiya Mıskina Bakıya səfər etmək istədiyini bəyan edib.
“Bilirsiz, bizim Bakıda WTA turnirimiz var. Bu, ən böyük turnir deyil, amma bilirəm ki, bizim qızlar ora gediblər və turnirin təşkilinə, şəhərə və onun gözəlliyinə heyran qalıblar. Danışılanlardan bilirəm ki, ora indi çox gözəldir. Təəssüf ki, yayda çox istidir, turnir isə yaydadır” - Oxu.Az idmançının “Vestnik Kavkaza”da dərc edilmiş sözlərindən sitat gətirir.
“Mən də Bakıya gəlməyi çox istəyirəm. Və əgər məni dəvət etsələr, məmnuniyyətlə bu gözəl şəhərdə olardım”.
Qeyd edək ki, qadınlar arasında tennis turniri Bakıda iyulun 27-dən avqustun 2-nə qədər keçiriləcək.
F.H.
www.oxu.az