Məşhur azərbaycanlı futbol agenti Kamil Məmmədov Ukraynanın “Sport.ua” nəşrinə Azərbaycanda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka hal-hazırki münasibətdən, Avropa Liqasında azərbaycanlıların kimə azarkeşlik etdiklərindən danışıb, eləcə də ilk sazişlərindən biri olan ukraynalı mütəxəssis Anatoli Konkovun Bakının “İnter” klubunda məşqçisi kimi işə düzəlməsinə yardımının maraqlı təffərrüatlarından danışıb.
- Kamil, Qriqorçuk haqqında Azərbaycanda nə fikirdədirlər? Klubun rəhbərliyi ondan razıdırmı?
- İndi razıdırlar. “Qəbələ” öz tarixində ilk dəfə Avropa Liqasında üç təsnifat mərhələsi keçib, indi qrup turnirinə keçmək üçün pley-offda “Panatinaikos” ilə oynayacaq. Etiraf edim ki, mən onu “Qəbələ”yə o qədər də keyfiyyətli legionerlər gətirmədiyi üçün bir qədər tənqid edirdim.
Düşünürəm ki, o bizim çempionatı yetərincə yüksək qiymətləndirməyib. Amma mənim onun məşqçi qabiliyyətinə şübhəm yoxdur. Və mən azərbaycanlı kimi klubumuzun qrup turnirinin bir addımlığında olmasına sevinirəm.
- Azərbaycanda Avropa Liqasının final oyununda “Qarabağ”ın qolu sayəsində qrupdan çıxan “Dnepr”ə ya “Sevilya”ya azrkeşlik edirdilər?
- Mən dəqiq “Dnepr”ə azarkeşlik edirdim. Mənim ətrafım da. Hakimin “Qarabağ”ın təmiz qolunu saymamasında Miron Markeviçin yetirmələrinin təqsiri yoxdur. Mən yeri gəlmişkən, Miron Boqdanoviç ilə münasibət saxlayıram və onu Ukraynanın ən yaxşı məşqçisi hesab edirəm.
- Sizin ilk sazişlərinizdən biri UFF (Ukrayna Futbol Federasiyasının) sabiq prezidenti Anatoli Konkovun “İnter”ə təyin edilməsi idi. Məşqçi kimi o, özünü “İnter”də doğrultdumu?
- Bilirsinizmi, səhv etmək insanlara xas xüsusiyyətdir. O, zaman 2004-cü il idi, o illərdə mən agentlik fəaliyyətinə yeni başlayırdım.
- Konkov Azərbaycana hansı məvacibə gəlirdi?
- Dəqiq yadımda deyil, amma məncə ayda 15 min dollar. Bir il sonra o, artıq “İnter”də vəziyyətə tam hakim idi, bəzən özünə və digərlərinə mükafat yazırdı. Məncə biz azərbaycanlılar həddən artıq qonaqpərvərik. Hakimiyyət Konkovun əlinə keçən kimi “İnter”ə ukraynalıların və ya sizin ölkənin futbolu ilə əlaqəsi olanların axını başladı. Onların arasında yaxşıları da var idi, pisləri də. Konkvun rəhbərlikdə olduğu iki il ərzində klubdan 40-a yaxın futbolçu gəlib keçdi. Nəticə isə sıfır.
- Ukraynalı futbolçulardan daha kimi Azərbaycanda işə düəzltmisiz?
- “Dnepr-75” Dneprepetrovsk futbol məktəbinin yetirməsi Aleksandr Çertoqanovu. Saşa Bakıya 2004-cü ildə gəldi, bir il sonra vətəndaşlığı qəbul etdi və uzun illər Azərbaycan yığmasında oynadı. 35 yaşı var və oynamağa davam edir. Eləcə də belarusiyalı Makovski qardaşlarının transferini təşkil etmişəm, onlar vaxtı ilə Kiyev “Dinamo”sunda oynayırdılar.
Bu uzun illər öncə olub. Son 10 ildə Cənubi Amerika bazarına üstünlük verilir. Orada oyunçuların qiymətləri də ucuzdur, tələblər də ağlasığandır. Həm də onlar özlərini bizdə ukraynalılardan daha yaxşı göstərirlər.
F.H.