Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ançelotti qərarında qətidir: ÇL-nin finalında qapını qoruyacaq şəxsin adı açıqlanıb
Çempionlar Liqasının final oyunu ərəfəsində mövsümün həlledici dönəmində "Real Madrid" heyətində nə ukraynalı qapıçı Andrey Lunin, nə də ispaniyalı qolkiper Kepa Arrisabalaqa meydana çıxacaq.
Bu barədə "Marca" öz mənbəsinə istinadla xəbər verib.
Bildirilib ki, La Liqanın son turunda "Betis"lə (25 may) və Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının finalında (1 iyun) qolkiper belçikalı Tibo Kurtua olacaq.
Qeyd olunub ki, "Vilyarreal"la matçda (4:4) Lunin dörd qol buraxmasına baxmayaraq, yaxşı səviyyə nümayiş etdirib, lakin bu, Karlo Ançelottinin finala qapıçı seçmək qərarına təsir etməyəcək.
"Futbol" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- La Liqa: "Barselona" liderliyə yüksəldi
Ən çox oxunanlar