ABŞ-ın Orlando şəhərində keçirilən “Karate Kombat” turnirinin mətbuat konfransına aparıcı hamilə vəziyyətdə qatılıb.
Oxu.Az-ın xəbərinə görə, böyük britaniyalı teleulduz və model Leyla Ana-Li hamilə vəziyyətdə olsa da, Rafael Ağayev və Şahin Atamovun da yer aldığı mətbuat konfransında bir sıra suallar ünvanlayıb.
Qeyd edək ki, Leyla Ana-Li bu il irlandiyalı UFC döyüşçüsü Yan Qari ilə evlənib. Onlar ötən ildən bir yerdədirlər.
Xatırladaq ki, o, bu ilin mayında Neymarın iştirakı ilə keçirilən futbol turnirinə də hamilə vəziyyətdə qatılıb.
Səbuhi Musa