Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aqşin Əlizadə BƏƏ-dəki turnirin qalibi oldu
Birləşmiş Ərəb Əmirliklərinin üçüncü böyük şəhəri Şarjada təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən ən yaxşı nəticəni "Futures" turnirində yarışan Aqşin Əlizadə göstərib. Yekunda 7,5 xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Eyni turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
Şarjadakı "Masters" turnirində 9 turda 6 xal qazanan Aydın Süleymanlı isə 10-cu yeri qazanıb.
"Şahmat" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşı şahmatçısı kiberidman komandasına qoşuldu
- Rauf Məmmədov və Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu oldular
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Şahmat üzrə dünya çempionatına start veriləcək
Ən çox oxunanlar