Naxçıvanda "Araz-Naxçıvan" futbol komandasının Premyer Liqada bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazanması şərəfinə yürüş təşkil edilib.
Oxu.Az xəbər verir ki, yürüş şəhərin Babək məhəlləsindən başlayıb və Heydər Əliyev prospektinə qədər davam edib.
Xatırladaq ki, Misli Premyer Liqasının XXXV turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" bürünc medalı qazanıb və UEFA Konfrans Liqasına vəsiqə əldə edib.