Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Arda Gülerin transfer qiyməti dəqiqədə 44 min avro artır
Türkiyə millisinin futbolçusu Arda Güler "Real Madrid"də nadir hallarda meydana çıxsa da, özünü müsbət mənada doğruldub.
Transfermarkt onun bazar dəyərini 100 faiz artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi iki ay ərzində iki dəfə artıb.
Madrid klubunun 20 milyon avroya aldığı Ardanın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və beş qol vurub.
O, hər qol üçün üç milyon avro əlavə dəyər qazanıb. Ardanın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki, 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri qol olub - altı zərbədə altı qol.
Mənbə: Haber Global
"Futbol" teqi üzrə xəbərlər
- Şimali Makedoniyada insanları yanğından xilas edən futbolçu öldü
- Messi Argentina millisinin heyətinə düşə bilmədi
- La Liqa: "Barselona" "Atletiko"nu geridönüşlə məğlub edərək liderliyə yüksəldi
- A Seriyası: "İnter" - "Atalanta" matçında 2 qol, 3 qırmızı vərəqə
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi