Argentina Futbol Federasiyasına (AFF) maliyyə cəzası tətbiq edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Ali qurumun İntizam Komitəsinin qərarı ilə federasiyaya 300 min İsveçrə frankı (təqribən 247 min avro) məbləğində pul cəzası verilib.
Buna Argentina millisinin üzvlərinin DÇ-2014-ün reqlamentini kobud şəkildə pozması səbəb olub. Belə ki, mundialın dörd oyunundan əvvəl Argentina millisi mətbuat konfransında yalnız baş məşqçi səviyyəsində təmsil olunub.