Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.
1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.
Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə beş ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Masçerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.
S.M.
www.oxu.az