Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb
Argentinada 2020-ci ildə futbol əfsanəsi Dieqo Maradonanın ölümünə səbəb olmaqda ittiham olunan həkimlərin məhkəməsi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İstintaqın rəyinə görə, tibb işçilərinin hərəkətləri yersiz, qeyri-adekvat və məsuliyyətsiz olub. Müstəntiqlər, həmçinin ehtimal edirlər ki, məşhur idmançı tibb müəssisəsində düzgün müalicə olunsaydı, onun sağ qalma şansı daha yüksək olardı.
Həkimlər Maradonaya evdə qulluq göstərilməsi ilə bağlı israr etməməkdə ittiham olunurlar.
Futbolçunun ölümünə görə həkimləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, futbolçunun beynindəki qan laxtasını çıxarmaq üçün əməliyyat olunduqdan iki həftə sonra o, evdə ürək tutmasından dünyasını dəyişib.
"Dieqo Maradona" teqi üzrə xəbərlər
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır
- Tarixin ən yaxşı futbolçularının siyahısı açıqlanıb
- Yurgen Klopp futbol tarixinin üç ən yaxşı futbolçusunun adını çəkib
- Joze Mourinyo dünyanın ən yaxşı üç futbolçusunu açıqlayıb - Kriştianu Ronaldunun adı siyahıda yoxdur
- Erlinq Holand futbol əfsanəsi Dieqo Maradonanı geridə qoydu