Futbol üzrə Argentina çempionatının "Xuventud de Perqamino" və "İndependyente Çivilka" komandaları arasındakı görüşü zamanı azarkeşlər meydana girərək hakimlərə hücum ediblər.
Oxu.Az-ın məlumata görə, görüşün bitməyinə bir neçə dəqiqə qalmış "İndependyente Çivilka" 1:0 hesabı ilə qabaqda idilər.
Belə bir nəticədən narazı olan azarkeşlər meydana qaçaraq baş hakim Bruno Amikonini və onun köməkçiləri Marselo Akostu və Maurisio Lunakı döyüblər.
Bildirilir ki, azarkeşlər daşla Amikoninin başını yarıblar. Nəticədə hakimin başına 10 tikiş vurulub.
N.O.