"Liverpul"un İngiltərə Premyer Liqasının 7-ci turunda "Çelsi"yə 2:1 hesabı ilə uduzması baş məşqçi Arne Slot üçün ardıcıl üçüncü məğlubiyyət olub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Bildirilir ki, bu onun məşqçilik karyerasında ən uzun məğlubiyyət seriyasıdır.
Buna qədər "Liverpul" İngiltərə çempionatında "Kristal Pelas"a (2:1) və Çempionlar Liqasında "Qalatasaray"a (1:0) uduzmuşdu.
Qeyd edək ki, Slot Niderlandın "AZ Alkmar" və "Feyenoord" komandalarının da baş məşqçisi olub.