Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
!["Arsenal"ın bombardiri üçün mövsüm erkən BAŞA ÇATDI](https://images.oxu.az/2025/02/14/2nUnT24hnHNtovYAP5mUKEtdnLIJPU7Lf7spByVV:1200.webp)
"Arsenal"ın bombardiri üçün mövsüm erkən BAŞA ÇATDI
Londonun "Arsenal" klubu hücumameyilli yarımmüdafiəçisi Kay Havertsin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Oxu.Az klubun saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu üçün mövsüm erkən başa çatıb.
Məşq zamanı zədələnən futbolçu tezliklə bud nahiyəsindən əməliyyat olunacaq.
Qeyd edək ki, K.Haverts bu mövsüm 21 matçda doqquz qol vuraraq "topçular"ın Premyer Liqada bombardiridir. Almaniyalı hücumçu bütün turnirlərdə isə 34 oyuna 15 qol vurmağı bacarıb.
"Arsenal FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər