UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda İngiltərənin "Arsenal" klubu səfərdə Çexiyanın "Slaviya" komandasını 1:2 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Praqadakı "Fortuna Arena"da keçirilib.
London təmsilçisi 9-cu dəqiqədə Noni Maduekenin qolu ilə hesabı açıb. Viktor Dyokereşin ötürməsindən sonra fərqlənən futbolçu komandasını hesabda önə keçirib. İlk hissənin sonlarında isə Dyokereş özü də qol vuraraq fərqi iki topa çatdırıb.
Matçın sonlarına yaxın meydan sahibləri Viktor Novakın qolu ilə hesab arasındakı fərqi azaltsalar da, məğlubiyyətdən qaça bilməyiblər.
Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran "Arsenal" turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Slaviya" isə 1 xalla 34-cü yerdə qərarlaşıb.