"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.
Oxu.Az xəbər verir ki, Stavanger şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" açıb. Belə ki, 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym hesabı bərabərləşdirib. 69-cu dəqiqədə isə Zlatko Tripiç "Vikinq"i hesabda önə keçirib.
Tripiç penaltini dəqiq yerinə yetirib. Onun ilk zərbəsini qapıçı Stat Pokatilov dəf etsə də, futbolçu təkrar zərbədə topu qapıdan keçirib.
Daha sonra 81-ci dəqiqədə Henrik Falşener baş zərbəsi ilə fərqlənərək hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.
"Sabah" matçı 10 nəfərlə başa vurub. Belə ki, 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha əvvəl İngiltərənin "Mançester Yunayted" komandasına 0:4, Almaniyanın "Borussiya Dortmund" klubuna isə 1:2 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" komandasını isə 2:0 hesabı ilə məğlub edib.
"Sabah" növbəti oyununu noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın "Barselona" komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada meydan sahibləri hesab arasındakı fərqi artırıblar.
Oxu.Az xəbər verir ki, 90+4-cü dəqiqədə Erik Botheym ikinci qolunu vuraraq dubl edib - 4:1.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar.
Oxu.Az xəbər verir ki, oyunun 81-ci dəqiqəsində Henrik Falkener Zlatko Tripiçin ötürməsindən sonra fərqlənərək "Vikinq"in üstünlüyünü daha da artırıb - 3:1.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada meydan sahibləri hesabda önə keçiblər.
Oxu.Az xəbər verir ki, 69-cu dəqiqədə isə Zladko Tripiç penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi artırıb - 2:1.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin heyətində Erik Botheym 27-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçın 11-ci dəqiqəsində "Sabah"ın hücumçusu Orfe Mbina fərqlənərək Azərbaycan təmsilçisini hesabda önə keçirib - 0:1.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında qarşılaşmaya start verilib.
Oxu.Az xəbər verir ki, Stavanger şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda üz-üzə gələcək "Vikinq" (Norveç) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Vikinq": Öystbyo (k), Heggeym, Stensnes, Askildsen, Zlatko Tripiç, Harald Byordal, Erik Botheym, Falçener, Kvia-Eskeq, K. Haugen, Morten Moi.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Abdulla Xaybulayev, Kristian Nvaçukvu, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Timoteuş Puxaç, Velko Simiç, Akim Zedadka, Orfe Mbina.
"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz IV tur çərçivəsində Norveçin "Vikinq" klubunun qonağı olacaq.
Norveçdəki "Lyse Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
5 noyabr
Saat 00:00. "Vikinq" - "Sabah".
Qeyd edək ki, təmsilçimiz UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç turdan sonra üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.