"Brügge"nin yunanıstanlı yarımmüdafiəçisi Xristos Dzolis "Arsenal"a transfer olunub.
Oxu.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat verilib.
Məlumata görə, 24 yaşlı futbolçu ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Daha əvvəl gənc futbolçunun İngiltərə təmsilçisinə 40 milyon avroya başa gələcəyi barədə məlumatlar yayılmışdı.
Yunanıstanlı oyunçu Belçika komandasının heyətində bütün turnirlərdə ümumilikdə 108 oyun keçirib. O bu oyunlarda 43 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Qaynar xətt:
(055) 224 12 12