Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Asmir Beqoviç: Lazım olsa, yenə “Qarabağ”da oynayaram
“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərənin digər Premyer Liqa klublarına icarəyə verilməyəcək.
Oxu.Az “Daily Star”a istinadən xəbər verir ki, baş məşqçi Edi Hou 31 yaşlı bosniyalı qolkiperin rəqiblərini gücləndirməsini istəmir.
Bosniyalı qapıçı isə maaşının azaldılıb həftəyə 110 min funt sterlinqə salınmasına razıdır. Təki başqa komandaya oynamaq üçün göndərilsin. Hətta o, “Qarabağ”a qayıtmağa da razıdır:
“Mən “Qarabağ”da oynamaq üçün ora icarəyə getdim. Lazım olsa, bunu yenə edərəm. Ancaq hər şey təkcə futbolçudan asılı deyil. Klublar da bu məsələdə razılaşmalıdır”.
Yeri gəlmişkən, “Bornmut” “Qarabağ”ın digər sabiq qapıçısı, Bosniya və Herseqovina millisinin əsas qolkiperi İbrahim Şexiçi transfer etməkdə maraqlıdır. Türkiyənin “Ərzurumspor BB” komandasının futbolçusunun transferi üçün 1,5 milyon funt sterlinq tələb olunur.
Səbuhi Musayev
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər