Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Aston Villa" - "Leypziq" görüşündə hakim niyə ağlayıb? - SƏBƏB
Çempionlar Liqasının VI turu çərçivəsində keçirilən "Aston Villa" - "Leypziq" matçında gözlənilməz hal baş verib.
Oxu.Az xəbər verir ki, görüşün final fitindən dərhal sonra yan hakim Alessandro Qalyatini göz yaşlarını saxlaya bilməyib.
"Leypziq"in baş məşqçisi Marko Roz hakimin yanına gedərək onu qucaqlayıb və təsəlli verib. O, Qalyatininin göz yaşlarının səbəbini belə açıqlayıb:
"Ondan nə olduğunu soruşdum. Dedi ki, 49 yaşı var və bu gün son matçını idarə edib. Ona forma hədiyyə etdik".
Qeyd edək ki, matç "Aston Villa"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
Ən çox oxunanlar