Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ÇL: PSJ-dən qələbə, "Bavariya"dan darmadağın, "İnter" son dəqiqə qolu ilə uduzdu
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun birinci oyun günü başa çatıb.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmalarında "Dinamo Zaqreb"-"Seltik" matçında hesab açılmayıb - 0:0. "Jirona" isə doğma meydanda "Liverpul"a minimal hesabla uduzub - 0:1.
Günün digər matçlarında "Bayer Leverkuzen" Almaniyada "İnter"lə üz-üzə gəlib. Oyun ev sahiblərinin son dəqiqələrdə vurduğu bir qolla yekunlaşıb - 1:0.
"Bavariya" "Şaxtyor Donetsk"in qonağı olub. Matçda hesabı Ukrayna klubu açsa da, almanlar ardıcıl 5 qolla geridönüş etməyi bacarıblar - 1:5.
Madrid "Real"ı səfərdə "Atalanta" ilə görüşüb. Kral klubu gərgin keçən matçda 2:3 hesablı qələbəni təmin edib.
"Zalsburq" PSJ-ni qəbul edib. Fransızlar meydan sahiblərinin qapısından 3 cavabsız top keçirərək qalib gəliblər - 0:3.
Həmçinin, "Brest" PSV-dən (1:0), "Brügge" "Sportinq"dən (2:1) üstün olub. "Leypziq" isə doğma azarkeşləri önündə "Aston Villa"ya uduzub - 2:3.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu