Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Atıcılıq üzrə milli komandamız Avropa çempionatında beşinci oldu
Xorvatiyanın Osiyek şəhərində 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə tapança ilə atəş açan qarışıq komandalar mübarizə aparıb.
Azərbaycanın iki dueti hədəf önünə keçib. Xanna Əliyeva və Ruslan Lunyov 572 xalla təsnifatda 5-ci yeri tutublar. Onları bürünc uğrunda matça vəsiqədən bir xal ayırıb.
Zeynəb Sultanova ilə Elvin Astanovun yer aldığı komanda 566 xalla 18-ci olub.
Qeyd edək ki, yarışda 31 duet mübarizə aparıb.
"Azərbaycan Atıcılıq Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb
- Azərbaycan idmançısı bürünc medal qazanıb
- Azərbaycan atıcıları Serbiyada keçirilən Qran-prini üç medalla başa vurublar
- Atıcılıq üzrə dünya çempionatına qatılan millimiz mundialı üç medalla başa vurub
- Azərbaycanın güllə atıcısı İmran Qarayev dünya çempionu oldu
Ən çox oxunanlar