Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib
Nazirlər Kabineti "Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları"nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 14 nömrəli Əlavəyə - "Aerodromlar" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc 9774. Aerodromların sertifikatlaşdırılması üzrə Təlimat"a və "Doc 9981. Aerodromlarda aeronaviqasiya xidmətləri üzrə Prosedurlar"a uyğun həyata keçirilir.
Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılmasını, eləcə də Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanda "Rəqabət Məcəlləsinə uyğun maliyyə sanksiyalarının hesablanması Qaydaları" təsdiqlənib
- Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib
- Azərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib
- Azərbaycanda Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar müəyyənləşib
- İqtisadi Şuranın növbəti iclası keçirilib