İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Sereso Çempionlar Liqasının bu gün atılacaq püşkü haqqında danışıb.
Oxu.Az xəbər verir ki, 70 yaşlı funksioner açıqlama verərkən “Qarabağ”ın adını unudub:
“Bütün komandalar vacibdir. Lakin ötən ildən təcrübəmiz var. Hətta adını belə xatırlamadığım komanda bizi hər iki oyunda batırdı. Bu il isə qalib gələ biləcəyimiz daha məşhur komandalar gözləyirik”.
Qeyd edək ki, Enrike Serezonun adını xatırlamadığı komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində Madrid klubu ilə evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib. Nəticədə İspaniya klubu qrupda III yeri tutaraq, Avropa Liqasında mübarizəni davam etdirməli olub və sonda həmin turnirin qalibi adını qazanıb.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər