Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.
Oxu.Az-ın məlumatına görə, aparılan reydlər çərçivəsində paytaxtın Xətai rayonunda zəbt edilən yeddi ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb.
Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanılıb.
Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır.