Bakıda Atletlər kəndində 2015-ci il Avropa Oyunlarında iştirak edəcək ölkələrin bayraqları qaldırılmağa başlayıb.
Oxu.Az xəbər verir ki, xarici nümayəndə heyətləri Bakıya iyunun 3-dən gəlməyə başlayacaqlar.
Atletlər kəndinin açılışı isə iyunun 8-nə planlaşdırılıb.
İdmançıların salamlama mərasimi 11 iyun saat 18:00-da baş tutacaq.
Məlum olduğu kimi, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. Mərasimdə 26 dövlət və hökumət başçısı, 35 idman nazirinin iştirakı gözlənilir.
Avropa Oyunları çərçivəsində ilk yarışlar iyunun 12-də başlayacaq. Sinxron üzgüçülük və vaterpolçular mübarizəyə start verəcəklər.
İlk model dəsti mauntinbayk üzrə iyunun 13-də oynanılacaq.
