Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Atletlər kəndindəki idmançılar üçün hər şey: “playstation” da oynayırlar - REPORTAJ
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) atletlərin və məşqçi-tibbi heyətin qalması üçün yenə Atletlər kəndi nəzərdə tutulub.
Oxu.Az-ın əməkdaşları bu gün Heydər Əliyev prospekti 117 ünvanında yerləşən Atletlər kəndində olub.
Bu yarışda iştirak edən 48 ölkənin nümayəndələri məhz Atletlər kəndində məskunlaşıb. Hələ 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları üçün istifadəyə verilmiş Atletlər kəndinin 13 binasından altısı məhz EYOF üçün ayrılıb.
Media mərkəzi, Dopinq nəzarət mərkəzi, EYOF Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun ofisi doqquzuncu binadadır. Bu binada Azərbaycanın, eləcə də, qardaş Türkiyənin atletləri də məskunlaşıblar.
Yeddinci binada qonaqların şikayət və təklifləri üzrə mərkəz fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti də bu binada məskunlaşıb.
Qonaqları onuncu binada qarşılayırlar. Həmin binada özlərini pis hiss edənlər, zədələnənlər üçün tibb məntəqəsi fəaliyyət göstərir.
İstirahət mərkəzi 11-ci binadadır. Onun qarşısında qurulmuş səhnədə hər axşam konsert proqramları keçirilir, hər ölkəyə aid günlər qeyd olunur. Binanın içəridən giriş hissəsində idmançıların əyləncəsi üçün “playstation”, mini futbol oyunları quraşdırılıb.
12-ci binada Atletlər kəndinin koordinasiya mərkəzi və idman nəticələri ilə bağlı məlumat mərkəzi var. Yeməkxana isə 13-cü binadadır.
Qeyd edək ki, Atletlər kəndində məskunlaşan idmançıların sayı təxminən 3600 nəfərdir.
VİDEO: Səbuhi Musayev
FOTO: Ramil Zeynalov
Rəylər