Beləliklə, 1/8 finalda ikinci matçın nəticəsi də əlavə 30 dəqiqəlik vaxtdan sonra müəyyənləşdi. İspaniya dünya çempionatının son finalçısı Xorvatiyaya 5:3 hesabı ilə qalib gəlib, 1/4 finala vəsiqə qazandı. Üçqat Avropa və dünya çempionlarının rəqibi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Fransa – İsveçrə görüşündən sonra müəyyənləşəcək.
22:12
İspaniya millisi hesabda yenidən önə keçdi. Alvaro Morata çempionatda ikinci qolunu 100-cü dəqiqədə vurdu. Daha sonra Mikel Oyarzabal 103-cü dəqiqədə beşinci qolu vurdu. İspaniya indi Xorvatiyaya 5:3 qalib gəlir. Bu, AVRO-2020-nin ən bol qollu matçıdır.
20:01
Xorvatiya – İspaniya matçı başladı.
19:32
Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə son dünya çempionatının finalçısı Xorvatiya ilə dünya və Avropa çempionları İspaniya millisi üz-üzə gələcək.
Türkiyəli Cüneyt Çakırın idarə edəcəyi bu görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb:
Xorvatiya (4-1-2-3): Livakoviç, Qvardiol, Çaleta-Tsar, Vida, Yuranoviç, Brozoviç, Kovaçiç, Modriç (kapitan), Rebiç, Vlaşiç, Petkoviç
İspaniya (4-3-3): Unai Simon, Qaya, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Feran Tores, Morata
Qeyd edək ki, bu matçın qalibi bu gün axşam keçiriləcək günün ikinci matçı olan Fransa – İsveçrə oyununun qalibi ilə 1/4 finalda qarşılaşacaq.