Penaltilər seriyasında İsveçrə 5:4 qalib gəldi. Turnirdə qol vura bilməyən, özünü heç cür göstərə bilməyən Kilian Mbappenin zərbəsini Yan Zomer zərərsizləşdirdi. AVRO-2020-də ilk dəfə qalib penaltilər seriyasından sonra müəyyənləşdi. Bununla da İsveçrə son dünya çempionlarına 1:3 uduzduğu matçda qalib gələrək sensasiyaya imza atdı və 1/4 finalda İspaniyaya rəqib oldu.
23:13
Fransa – İsveçrə görüşündə hələ qol vurulmayıb.
23:01
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 1/8 final mərhələsinin digər oyunu başlandı.
Oxu.Az xəbər verir ki, son dünya çempionu Fransa İsveçrəyə qarşı oynayır.
Komandalar meydana eyni taktiki düzülüşlə çıxıb.
Fransa (3-4-1-2): Lyoris (kapitan), Kimpembe, Lanqle, Varan, Rabyo, Kante, Poqba, Pavar, Qrizmann, Mbappe, Benzema
İsveçrə (3-4-1-2): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Caka (kapitan), Froyler, Vidmar, Şakiri, Embolo, Seferoviç
Qeyd edək ki, bu matçın qalibi İspaniyaya rəqib olacaq.