İsveçrənin ardıcıl ikinci matçda penaltilərlə daha bir dünya çempionunu məğlub etməsi mümkün olmadı. Qapıçıların daha yaxşı çıxış etdiyi penaltilər seriyasında İspaniya 3:1 qalib gəldi. Bununla da İsveçrə evə gedəcək. İspaniya isə iyulun 6-da Belçika – İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
20:00
AVRO-2020-nin 1/4 final mərhələsinin ilk oyunu olan İsveçrə – İspaniya matçı start götürdü.
Oxu.Az xəbər verir ki, topa ilk olaraq dünya və Avropa çempionları olan İspaniya millisinin toxunuşu ilə start verildi.
Sankt-Peterburqda keçirilən görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb.
İsveçrə (3-4-2-1): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Froyler, Zakariya, Vidmer, Embolo, Şakiri (kapitan), Seferoviç
İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Pau Tores, Laport, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Morata, Feran Tores