C qrupunun ikinci görüşü də birinci kimi bol qollu keçib.
Oxu.Az xəbər verir ki, bütün qollar ikinci hissədə vurulub. Beş qolun vurulduğu görüşdə Niderland Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Bu, AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır.
00:45
Niderland millisi yenidən hesabda önə çıxıb. PSV-nin sağ cinah müdafiəçisi Denzel Dumfrays 85-ci dəqiqədə cərimə zərbəsindən sonra başla fərqlənib. Niderland Ukraynaya 3:2 qalib gəlir.
00:04
Niderland – Ukrayna görüşündə ikinci hissə gedir. Tərəflər hələ qapılara yol tapa bilməyib.
23:50
Görüşdə hələ qol vurulmayıb. Komandalar fasiləyə qol vurmadan yollanıb.
23:06
C qrupunun ikinci görüşündə Niderland millisi Ukrayna ilə öz meydanında qarşılaşır. Oyun artıq başlayıb və hesab açılmayıb.
22:29
Bu gün AVRO-2020-nin C qrupunun ikinci görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, Amsterdamda Yohan Kroyf adına arenada Niderland Ukrayna millisini qəbul edir.
Görüşə komandalar bu taktiki düzülüş və bu start heyətlə çıxacaq:
Niderland (5-3-2): Stekelenburq, Dumfris, Yurien Timber, de Vrey, Blind, van Aanholt, de Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay
Ukrayna (4-1-4-1): Buşçan, Nikolenko, Matviyenko, Zabarnı, Karavayev, Zinçenko, Zubkov, Malinovski, Sidorçuk, Yarmolenko (kapitan), Yaremçuk
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Səbuhi Musayev