Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almanların heyətində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, Bundestimin kapitanı İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı yarımmüdafiəçi komandasının ikinci qolunun müəllifi olub.
Xatırladaq ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlirlər.
Oxu.Az xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.
Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb