Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AVRO - 2024: Danimarka pley-offa çıxdı, Serbiya çempionatla vidalaşdı
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Danimarka və Serbiya milli komandaları arasındakı oyun keçirilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma C qrupu çərçivəsində, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda baş tutub.
Görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, bu nəticədən sonra Danimarka 3 xalla qrup ikincisi olub və növbəti mərhələyə vəsiqə qazanıb. İki xala malik Serbiya isə turnirlə vidalaşıb.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Danimarka və Serbiya milli komandaları arasındakı oyuna start verilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma C qrupu çərçivəsində, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda keçirilir.
Oyunu Fransua Leteksyenin (Fransa) başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, qrupa dörd xalla İngiltərə yığması başçılıq edir. İkinci və üçüncü yerləri hərəyə iki xal toplayan Danimarka və Sloveniya tutur. Dördlüyü bir xalla Serbiya komandası tamamlayır.
Odur ki, bu qrupda hər dörd komandanın yarışın pley-off mərhələsinə çıxmaq şansı var.

"AVRO-2024" teqi üzrə xəbərlər
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub