Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Matçda hesabı ingilislər açıblar. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status-kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmaya UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.
Futbol üzrə 2024-cü il Avropa çempionatının C qrupu çərçivəsində Danimarka və İngiltərə yığmaları üz-üzə gəlirlər.
Oxu.Az xəbər verir ki, matç Ştutqart şəhərində start götürüb.
Qarşılaşmanı portuqaliyalı hakim Artur Soareş Diaş idarə edir.
AVRO-2024: İngiltərə Danimarka ilə sülhə razılaşdı